çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

17 yaşlı futbolçu intihar elədi

26.10.2020 16:05 Oxundu 457

“Mançester Siti”nin sabiq futbolçusu Jeremi Uisten vəfat edib.
 
“CEMPİON.AZ” xəbər verir ki, bu barəfə klubun “Tvitter” səhifəsi məlumat yayıb.

Paylaşımda yazılıb: “Ailəmiz keçmiş akademiya oyunçusu Jeremi Uistenin ölüm xəbərindən məyus oldu. Onun dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu çətin anda düşüncələrimiz sizinlədir”.
 
Britaniya mətbuatında Uistenin depressiya səbəbindən intihar etdiyi bildirilib.
 
Qeyd edək ki, Uisten 2016-cı ildə “şəhərlilər”in U-13 komandasında çıxış edib.