çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

“Beşiktaş” səfərdə qələbə qazandı

27.10.2020 11:44 Oxundu 477

 
Türkiyə Superliqasında 6-cı tura yekun vurulub.

“CEMPİON.AZ” xəbər verir ki, son oyun günündə "Beşiktaş" səfərdə "Dənizlispor"la qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

İstanbul təmsilçisi 5 oyuna 7 xalla 13-cü, "Dənizlispor" isə 6 oyuna 5 xalla 19-cudur. Turnir cədvəlinə 16 xalla "Alanyaspor" başçılıq edir.

26 oktyabr
 
"Dənizlispor
– "Beşiktaş" - 2:3
Qollar: Mesanoviç, 76. Saçko, 90+4 – Hatçinson, 13. Abubakar, 39-pen. Larin, 48.