cümə axşamı, 14 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” meydana itkilərlə çıxacaq

27.10.2020 17:43 Oxundu 456


Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunun “Vilyarreal”la matçı ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, komandası zədəli oyunçuların çoxluğundan əziyyət çəkir: “Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevdə bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdir. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq”.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçı İstanbulda baş tutacaq.