cümə axşamı, 14 avqust 2025

BİZİM FUTBOL

Mamadu Kane Millidə

28.10.2020 11:21 Oxundu 678

"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinə dəvət alıb.

“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı futbolçu Afrika Millətlər Kubokunda Çad yığması ilə görüş üçün yığmaya çağırılıb.

2018-ci ildən "Neftçi"də oynayan Kane bunadək ölkəsinin 23 yaşadək futbolçulardan ibarət millisində çıxış etsə də, əsas yığmaya ilk dəfə dəvət alır.

Qeyd edək ki, Qvineya Çad millisi ilə noyabrın 11-də və 15-də qarşılaşacaq.