cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Rüfət Dadaşov komandadakı vəziyyətdən danışıb

28.10.2020 11:40 Oxundu 431

Azərbayan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın “Finiks Rayzinq” klubundakı durumundan danışıb.

“CEMPİON.AZ” xəbər verir ki, o, Almaniyanın “Bild” nəşrinə açıqlamasında yeni komandasına və ölkəyə tam uyğunlaşdığını bildirib:

“ABŞ-də işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdirlər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik”.

29 yaşlı forvard bildirib ki, Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatdığı üçün Almaniyaya qayıdacaq: “Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik”.

Klubu ilə 2021-ci ilin noyabrınadək müqaviləsi olan Dadaşov sabiq komandası olan Almaniya “Proyssen”indən danışıb: “Komandada nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram”.

Qeyd edək ki, Rüfətin komandası ötən mövsümün qalibi olub. O isə 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.