cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Neymar sıradan çıxdı

29.10.2020 11:42 Oxundu 453

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Başakşəhər"lə matçda zədələnib.

“CEMPİON.AZ” Fransa mətbuatına istinadən xəbər verir ki, o, görüşün 26-cı dəqiqəsində sıradan çıxıb və Pablo Sarabia ilə məcburi əvəzlənib.

Matçdan sonra Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhel braziliyalı hücumçunun zədəsi ilə bağlı bunları deyib: "Onu əvəzləməli idim. Şiddətli ağrıları yox idi, ancaq özünü narahat hiss edirdi. Sıx oyun qrafiki səbəbindən o, bir neçə matç buraxa  bilər. Ümid edirəm ki, ciddi zədə deyil. Testlərin nəticəsini gözləməliyik".

Qeyd edək ki, "Başakşəhər" - PSJ görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.