cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Yeni transfer koronavirusa yoluxdu

29.10.2020 12:26 Oxundu 464

"Mançester Yunayted"in yeni transferi Aleks Telles koronavirusa yoluxub.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, 27 yaşlı müdafiəçinin koronavirus testinin müsbət çıxdığını bildirib. Çalışdırıcı bu səbəbdən braziliyalı futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Leyptsiq"lə görüş üçün heyətdə yer almadığını bildirib.

Qeyd edək ki, Telles bu ay "Portu"dan "Mançester Yunayted"ə transfer olunub.