cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

“Antalyaspor”un baş məşqçisi istefaya göndərilib

29.10.2020 13:55 Oxundu 436

Türkiyə Superliqa təmsilçisi "Antalyaspor" baş məşqçisi Tamer Tuna ilə yolları ayırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun sayt məlumat yayıb. Bildirilib ki, 44 yaşlı mütəxəssislə klub strategiyasında yaşanılan fikir ayrılıqları səbəbindən onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, T.Tuna bu ilin yanvarında "Antalyaspor"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında son 3 matçda  1 xal qazanıb.
Xatırladaq ki, Antalya təmsilçisi 6 turdan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb.