cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

Holanddan rekord

29.10.2020 16:20 Oxundu 523

 
Dortmund “Borussiya”sının Erlinq Holand Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
“CEMPİON.AZ” "Sky Sports"a istinadən xəbər verir ki, o, buna turnirin qrup mərhələsinin 2-ci turunda "Zenit"lə matçda (2:0) fərqlənərək buna nail olub. Bununla da, norveçli hücumçu ÇL-dəki 10-cu oyununda 12-ci qolunu vurub. Bu, turnirin tarixində mütləq rekorddur. Heç bir futbolçu Çempionlar Liqasındakı ilk 10 oyunda belə məhsuldar olmayıb.

Qeyd edək ki, bundan əvvəlki rekord Simone İnzaqi, Harri Keyn və Sadio Maneyə məxsus idi. Onlar 10 matçda 9 qol vurmuşdular.