şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

İsko “Yuve”yə keçə bilər

29.10.2020 16:58 Oxundu 524

"Real"ın futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.

“CEMPİON.AZ”  "Don Diario"ya istinadən xəbər verir ki, "Yuventus" 28 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bildirilib ki, Turin təmsilçisi ispan oyunçunu yanvarda 40 milyon avroya transfer etməyi planlaşdırır.

Xəbərdə İskonun "Real"ın baş məşqçisi Zinəddin Zidanın planlarına daxil olmadığı, bu səbədən onun qışda transferinə müdaxilə etməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İsko ilə "Everton" və "Sevilya"nın da maraqlandığı iddia olunur.