şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

“Napoli” müqaviləni yeniləyir

31.10.2020 13:22 Oxundu 445

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzonun taleyinə aydınlıq gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, rəhbərlik 42 yaşlı mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.

Neapol təmsilçisi ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan yeni 2 illik sözləşmə təklif edib. Tərəflər arasında ilkin danışıq müsbət nəticələnib. Çalışdırıcı noyabrda yeni sazişə qol çəkəcək.

Qeyd edək ki, Cennaro Qattuzonun “Napoli” ilə hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.