şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Daha bir koronavirus testi verəcək

31.10.2020 15:24 Oxundu 459

Koronavirus infeksiyasına yoluxan İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun dönüşü yubana bilər.

“CEMPİON.AZ” xəbər verir ki, son testi neqativ çıxan Portuqaliya millisinin kapitanına fərdi məşq keçmək icazəsi verilib.
Ancaq 35 yaşlı superulduz bu gün daha bir test verəcək. Əgər onda da cavab neqativ olarsa, forvardın kollektivə qoşulmasına icazə veriləcək. 

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin düşərgəsində olarkən koronavirusa yoluxub və “Yuventus”un 4 oyununu buraxıb.