şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Baş məşqçini istefaya göndərdilər

31.10.2020 15:57 Oxundu 459

Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi ayrılığı rəsmiləşib.

“CEMPİON.AZ” xəbər verir ki, “bordo-mavililər” Eddi Nyutonu istefaya göndərib.

Uğursuz mövsüm keçirən Qara dəniz təmsilçisinin Super Liqanın VII turunda “Kasımpaşa”ya 3:4 hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Baş məşqçi postuna ilk namizədlər Tamer Tuna və Abdullah Avcıdır.

Qeyd edək ki, "Trabzonspor" hazırda 5 xalla 18-ci pillədə qərarlaşıb.