01.11.2020 13:34
484
484

İtaliya A seriyasında VI tura start verilib.
“CEMPİON.AZ” xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.
Turnir cədvəlinin son pilləsində qərarlaşan “Krotone” “Atalanta”nı qəbul edib. Qonaqlar qısa müddətdə vurduqları iki qol sayəsində meydanı qalib tərk ediblər.
Liderlər qrupunda yer alan “İnter” öz meydanında - Milanda təhlükəli zonadan uzaqlaşmağa çalışan “Parma”nın müqavimətini qıra bilməyib.
Bol qollu keçən “Bolonya” ilə “Kalyari”nin duelindən isə birincilər minimalhesablı qələbə qazanıblar.
Turun digər oyunları noyabrın 1-2-də keçiriləcək.
İtaliya A seriyası
VI tur
31 oktyabr
“Krotone” – “Atalanta” – 1:2
Simi, 40 – Muriel, 26, 38
“İnter” – “Parma” – 2:2
Brozoviç, 64, Perişiç, 90+2 – Jervinyo, 46, 62
“Bolonya” – “Kalyari” – 3:2
Barrou, 45, 56, Soriano, 52 – Joao Pedro, 15, Simeone, 47
| 1 | Milan | 5 | 4 | 1 | 0 | 12-4 | 13 |
| 2 | Atalanta | 6 | 4 | 0 | 2 | 17-13 | 12 |
| 3 | Napoli | 5 | 4 | 0 | 1 | 14-5 | 11 |
| 4 | Sassuolo | 5 | 3 | 2 | 0 | 16-9 | 11 |
| 5 | İnter | 6 | 3 | 2 | 1 | 15-10 | 11 |
| 6 | Yuventus | 5 | 2 | 3 | 0 | 10-4 | 9 |
| 7 | Sampdoriya | 5 | 3 | 0 | 2 | 10-8 | 9 |
| 8 | Verona | 5 | 2 | 2 | 1 | 5-2 | 8 |
| 9 | Roma | 5 | 2 | 2 | 1 | 11-10 | 8 |
| 10 | Fiorentina | 5 | 2 | 1 | 2 | 10-10 | 7 |
| 11 | Kalyari | 6 | 2 | 1 | 3 | 12-15 | 7 |
| 12 | Latsio | 5 | 2 | 1 | 2 | 6-9 | 7 |
| 13 | Bolonya | 6 | 2 | 0 | 4 | 11-12 | 6 |
| 14 | Benevento | 5 | 2 | 0 | 3 | 9-14 | 6 |
| 15 | Speziya | 5 | 1 | 2 | 2 | 7-11 | 5 |
| 16 | Parma | 6 | 1 | 2 | 3 | 8-13 | 5 |
| 17 | Cenoa | 4 | 1 | 1 | 2 | 4-9 | 4 |
| 18 | Udineze | 5 | 1 | 0 | 4 | 5-9 | 3 |
| 19 | Torino | 4 | 0 | 1 | 3 | 7-11 | 1 |
| 20 | Krotone | 6 | 0 | 1 | 5 | 6-17 | 1 |