şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

“Atletiko” yarımmüdafiəçi transfer etmək istəyir

01.11.2020 14:26 Oxundu 463

 
İspaniyanın “Atletiko” klubu heyətinə yeni yarımmüdafiəçi qatır.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi “Valensiya”nın futbolçusu Joffre Konqoqbianı transfer etməyə yaxındır.

27 yaşlı fransalı artıq tibbi müayinədən də keçib. “Atletiko” yarımmüdafiəçi üçün 11 milyon avroya ödəyəcək. “Yarasalar” futbolçunun uğurlu çıxışı zamanı daha 2 milyon bonus alacaq. Kondoqbianın gələcək satışından əldə olunacaq məbləğin 10 faizi də “Valensiya”ya çatacaq.

Qeyd edək ki, “Atletiko” fransalını transfer dövrünü gözləmədən, yaxın günlərdə də iştirak ərizəsinə daxil etmək hüququna malikdir. Çünki bir ay əvvəl müqaviləni hüquqi tərəfdən birtərəfli qaydada pozan Tomas Parti “Arsenal”a keçib və madridlilərin onun əvəzinə heyətə yeni oyunçu qatması mümkündür.