şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo meydana qayıdır?

01.11.2020 15:28 Oxundu 524

 “Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının “Speziya” ilə oyununda meydana çıxmaqla bağlı qərarı özü verəcək.

 “CEMPİON.AZ” xəbər verir ki, məşqçilər korpusu koronovirusdan yeni sağalan portuqaliyalı hücumçunun özünün seçim etməsini məqsədəuyğun sayıb.
 
İnfeksiya üzündən bir müddət məşqlərdən və oyunlardan kənar qalan Ronaldo hazır olub-olmadığını özü müəyyənləşdirməlidir. Əgər forvard bu gün meydana çıxmasa, qayıdışı Çempionlar Liqasının III turunun “Ferensvaroş”la matçına təsadüf edəcək.
 
Qeyd edək ki, “Yuventus” “Speziya” ilə səfər matçını bu gün keçirəcək.