01.11.2020 15:52
455


Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəməyib.
“CEMPİON.AZ” xəbər verir ki, hücumçu iki klubun təklifindən imtina edib.
Mario “Aston Villa” və “Vest Hem”lə müqavilə imzalamaqdan boyun qaçırıb. Hazırda klubsuz olan xorvatiyalı daha iddialı komandaya keçməkdə maraqlıdır.
Qeyd edək ki, Mancukiçin son klubu Qətər təmsilçisi “Əl-Duhail” olub.