şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Alaba gedir?

02.11.2020 16:20 Oxundu 485

 Almaniyanın “Bavariya” klubu futbolçusu David Alaba ilə yollarını ayırmaq qərarına gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb Avstriya millisinin üzvünün son təklifi də mənfi cavablandırması olub.

Münhen təmsilçisi 28 yaşlı sol cinah oyunçusuna yeni 5 illik saziş təklif etsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Klub prezidenti Herbert Hayner yerli mətbuata açıqlamasında bundan sonra Alaba ilə heç bir danışıq aparılmayacağını və təklif edilməyəcəyini deyib. “Bavariya” qış fasiləsində ulduz futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, David Alabanın klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.