şənbə, 16 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın qazancı məlum oldu

02.11.2020 16:54 Oxundu 474

UEFA-dan Azərbaycan çempionu “Qarabağ”a növbəti vəsait daxil olub.

“CEMPİON.AZ” xəbər verir ki, Ağdam təmsilçisinin Avropa Liqası turnirinin qrup mərhələsində iştirakı üçün 2 milyon 750 min avro qazanıb.

Klubun son 10 il ərzində göstərdiyi nəticələrə - UEFA-nın əmsallar reytinqinə əsasən 1 milyon 214 min 310 avro ödənilib. Ümumilikdə 3 milyon 964 min 310 avro vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.