02.11.2020 17:11
453

“Sloveniya millisinin heyəti açıqlanıb.
“CEMPİON.AZ” xəbər verir ki, noyabrın 11-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək balkanlıların baş məşqçisi Matyaj Kek sərəncamında görmək istədiyi futbolçuları müəyyənləşdirib.
O, qarşıdakı üç oyuna 27 futbolçu - 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu çağırıb.
Qapıçılar: Oblak, Beleç, Rozman
Müdafiəçilər: Stoyanoviç, Balkoviç, Skubiç, Mevlya, Blajiç, Mitroviç, Stankoviç, Yurçeviç
Yarımmüdafiəçilər: Kouter, Kurtiç, Biyol, Vetrih, Zays, Lovriç, İliçiç
Hücumçular: Tiyaniç, Şporar,Verbiç, Bohar, Vuçkiç, Matavs.