şənbə, 16 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” 200-cü matça çıxır

04.11.2020 14:31 Oxundu 482

 
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunda keçirəcəyi oyun yubileylə əlamətdar olacaq.

“CEMPİON.AZ” xəbər verir ki, “Sivasspor”la Türkiyədəki matç Azərbaycan klublarının bu turnirin indiki formatında 200-cü qarşılaşması olacaq.

2009-cu ildən Avropa Liqası adlanan turnirdə klublarımız indiyədək 199 görüşə çıxıb. 65 qələbəsi olan təmsilçilərimiz 50 heç-heçə edib və 84 dəfə uduzub. Komandalarımız texniki nəticə top fərqində nəzərə alınmamaqla 223 qol vurub və 261-ni buraxıb.

Qeyd edək ki, əvvəl UEFA kuboku kimi tanınan turnirin Avropa Liqası adlanmasından sonra təmsilçilərimizin ilk qarşılaşması 2009-cu il iyulun 2-də baş tutub. “Simurq” Bakıda İsrail “Bney Yehuda”ya 0:1 hesabı ilə uduzub.