şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Luçesku “Barsa” ilə oyundan əvvəl iddialı danışıb

04.11.2020 15:42 Oxundu 449


Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə keçiriləcək oyunöncəsi iddialı açıqlama verib.

“CEMPİON.AZ” xəbər verir ki, rumıniyalı mütəxəssis Kataloniya klubunu nəhəng rəqib saymadığını bildirib.

Bu gün “Nou Kamp”da keçiriləcək matçla bağlı danışan Luçesku rəqibdən çəkinmədiklərini söyləyib: “Bavariya” ilə oyundan sonra “Barselona”nın dəyişikliklər etməsi başadüşüləndir. İstedadlı oyunçulara malikdirlər, ancaq zamana ehtiyacları var. “Barselona” hazırda Çempionlar Liqasını qazanacaq səviyyədə deyil. “Bavariya”, “Mançester Siti” və PSJ-nin şansı daha çoxdur”.

Qeyd edək ki, iki turdan sonra “Barselona” 6 xalla G qrupuna başçılıq edirsə, “Dinamo”nun aktivində 1 xal var.