şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Kay Haverts koronavirusa yoluxub

05.11.2020 00:26 Oxundu 665

 “Çelsi”nin futbolçusu Kay Haverts koronavirus infeksiyasına yoluxub.
 
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Londonluların baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının III turunda “Renn”lə görüşdən əvvəl aparılan testin nəticəsinin almaniyalıda pozitiv çıxdığını açıqlayıb. 21 yaşlı hücumameyilli oyunçu karantinə alınıb və yenidən testdən keçiriləcək.
 
Ulduz futbolçu koronavirusa yoluxma səbəbindən “Renn”lə bu günkü qarşılaşmanın iştirak ərizəsindən çıxarılıb.