şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Ramos “Real”dan müqavilə tələb edib

05.11.2020 11:06 Oxundu 444


İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosla yeni müqavilə imzalamaq qərarına gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, “kral klubu” ulduz futbolçu ilə danışıqlara başlayıb.
 
34 yaşlı mərkəz müdafiəçisi sözləşmə müddətini 2024-cü ilin yayına qədər uzatmağı tələb edib. Bu baş verərsə, Ramos 38 yaşına qədər komandada qalacaq. Madridlilər 30 yaşdan yuxarı olanlarla bir illik müqaviləyə üstünlük versə də, kapitanın meydandakı inkişafını nəzərə alaraq, onun tələbini müsbət cavablandırmağa razıdır.
 
Qeyd edək ki, Serxio Ramosun “Real”la hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.