05.11.2020 11:48
477

İspaniyanın “Sevilya” klubu Çempionlar Liqasının tarixinə düşüb.
“CEMPİON.AZ” xəbər verir ki, Xulen Lopeteqinin yetirmələri indiyədək heç bir komandanın bacarmadığını reallaşdırıb.
Rusiya “Krasnodar”ı ilə görüşən Sevilyanın eyniadlı təmsilçisi fasiləyə həm hesabda geridə, həm də azlıqda yollanan, lakin üç xal qazanan ilk komanda olub. İspaniyalılar ilk yarısı 1:2 hesabı ilə başa çatan qarşılaşmada əzmkar qələbəyə sevinib – 3:2.