05.11.2020 13:27
515


Bu gün Türkiyə “Sivasspor”u ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinin ilk dövrəsini başa vuracaq.
“CEMPİON.AZ” xəbər verir ki, Ağdam təmsilçisi ilk iki oyunda xal toplaya bilməyib.
İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1, İstanbulda İspaniya “Vilyarreal”ına 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xal üçün mübarizə aparacaqlar. Tarixində 7-ci dəfə avrokubokların qrupunda qüvvəsini sınayan “Qarabağ” yalnız bir dəfə ilk üç oyunu xalsız bitirib.
Bu, iki il öncə Avropa Liqasında yaşanıb. Hər üç oyunda uduzan təmsilçimiz qola da həsrət qalıb.
Digər 5 mövsümdə - 1 dəfə Çempionlar Liqası, 4 dəfə Avropa Liqasında isə “Qarabağ” ilk yarını xalla bitirib. Hətta Çempionlar Liqasını nəzərə almasaq, qələbəyə də nail olub.
Ağdam klubu 3 dəfə ilk dövrəni özü üçün rekordla – 4 xalla tamamlayıb. İndi bu göstərici əlçatmazdır.
Sivasdakı qələbə 2015/16 mövsümündəki nəticənin təkrarlanması ilə nəticələnəcək. Heç-heçə qeydə alınsa, çempionumuz ilk dəfə Avropa Liqasının dövrəsini 1 xalla bitirəcək. İndiyədək belə hadisə yalnız Çempionlar Liqasındakı 2017/18 mövsümündə qeydə alınıb.
“Qarabağ” avrokubokların qrup mərhələsinin I dövrəsində
2014/15 | 3 | 1 | 1 | 1 | 1-2 | 4 |
2015/16 | 3 | 1 | 0 | 2 | 2-4 | 3 |
2016/17 | 3 | 1 | 1 | 1 | 5-7 | 4 |
2017/18 | 3 | 0 | 1 | 2 | 1-8 | 1 |
2018/19 | 3 | 0 | 0 | 3 | 0-6 | 0 |
2019/20 | 3 | 1 | 1 | 1 | 6-6 | 4 |