şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

“Çelsi”nin qapıçısından uğurlu seriya

05.11.2020 13:54 Oxundu 480

"Çelsi"nin yeni transferi Eduar Mendi uğurlu seriyasını davam etdirir.

“CEMPİON.AZ” xarici KİV-lərə istinadə xəbər verir ki, seneqallı qolkiper bütün turnirlərdə ardıcıl 6 matçdır ki, qol buraxmır.  O, son olaraq  Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən "Renn"lə keçirilən dünənki oyunda (3:0) qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Mendi yeganə qolu İngiltərə kubokunda "Tottenhem"lə görüşdə (1:1, penaltilər seriyası - 4:5) buraxıb.

Xatırladaq ki, 28 yaşlı oyunçu sentabrın 24-ü "Çelsi"yə transfer olunub. O, 5 illik müqavilə imzalayıb.