bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Halanda yeni müqavilə təklifi - "Borussiya"dan

05.11.2020 15:22 Oxundu 493

Dortmund “Borussiya”sı hücumçusu Erlinq Halandı satmaq fikrindən uzaqdır.

“CEMPİON.AZ” xəbər verir ki, Bundesliqa təmsilçisi bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan 20 yaşlı forvardla yeni müqavilə bağlamaq niyyətindədir.

Bununla bağlı Norveç millisinin üzvü ilə danışıqlara da start verilib. Almanlar oyunçunun 2024-cü ilin yayına qədər olan sözləşməsini yaxşılaşdırılmış şərtlərlə uzatmağı planlaşdırırlar. Klub həmçinin Halandın sərbəst qalma məbləğini artırmaq fikrindədir.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm ümumilikdə 8 oyunda iştirak edib, 9 qol, 2 assistlə yadda qalıb.