şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

"Nəticədən məmnunuq, amma”... - Andrea Pirlo

05.11.2020 14:27 Oxundu 486

"Yuventus"un baş məşqçisi Andrea Pirlo Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Ferentsvaroş"a 4:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

“CEMPİON.AZ” xəbər verir ki, o, qələbəyə baxmayaraq, komandasının oyunundan məmnun qalmadığını deyib:

"Nəticədən məmnunuq, amma performans baxımından daha yaxşısını edə bilərdik. Çox səhv etdik, buna görə yaxşılaşdırmalı olduğumuz yerlər var. Oyunçularımla çox danışıram, amma  qərarları meydanda verirlər. Daha az eqoist ola bilərlər. Oyunun taleyini daha əvvəldən həll etmələri mümkün idi".