bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona”nın inkişafa ehtiyacı var” - Pike

05.11.2020 16:18 Oxundu 431

"Barselona"nın futbolçusu Jerar Pike klubdakı dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisində zəruri olan bir çox dəyişikliyun baş verdiyini deyib:

"Vəziyyəti kökündən dəyişdirməliyik. Enişdə olduğumuz açıq idi. Klub ildən-ilə geriləyir. Çox vaxtımız yoxdur, ancaq inkişafa ehtiyacımız var. "Barselona"da keçid dövrləri yoxdur, həmişə qazanmaq lazımdır. Prezident seçkiləri ərəfəsində yeni rəhbərlik gələcək və tədricən dəyişikliklər görəcəyik".

Qeyd edək ki, "Barselona"nın prezidenti Josep Maria Bartomeu istefa verib. Növbəti prezident seçkisi keçirilənə qədər Kataloniya klubuna Karles Tuskets rəhbərlik edəcək.

Xatırladaq ki, “Barselona”da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin Bartomeunun istefasına görə seçki daha tez təşkil oluna bilər.