bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Falkao zədələndi

05.11.2020 16:51 Oxundu 469


Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu Radamel Falkao zədələnib.

Bugünkü məşq zamanı top uğrunda mübarizədən sonra sağ ayağında ağrı hiss edən Kolumbiya millisinin üzvü hazırlığı yarımçıq tərk edib. Klubun həkimləri problemin əzələ ilə bağlı olduğunu açıqlayıblar. Lakin ulduz futbolçunun durumunun ciddi olub-olmadığı sabah keçiriləcək MRT müayinəsindən sonra bilinəcək.

Qeyd edək ki, Radamel Falkao ötən ildən “Qalatasaray”ın şərəfini qoruyur.