bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Parisdəki bir məşqçinin həyatıdır” – Tomas Tuxel

05.11.2020 17:39 Oxundu 535

 

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayıra bilər.

“CEMPİON.AZ” xəbər verir ki, bunu almaniyalı çalışdırıcı özü təsdiqləyib.

47 yaşlı mütəxəssis Çempionlar Liqasında uğursuz startdan sonra komandadan getmək ehtimalını istisna etməyib: “Fransa mətbuatı hər zaman işimin təhlükədə olduğunu yazır. Gəlişimdən bəri həmişə belə olub. Bu, Parisdəki bir məşqçinin həyatıdır, heç vaxt fərqli olmayacaq. Mənim üçün ayrılmaq problem deyil. İdmanda çətin mərhələlər var".

Qeyd edək ki, hazırda Fransa Liqa1-ə başçılıq edən PSJ Çempionlar Liqasında ilk üç turda topladığı 3 xalla H qrupunun 3-cü pilləsində qərarlaşıb.