05.11.2020 17:03
478

"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Biz iki dövlət, bir millətik".
“CEMPİON.AZ” "İhlas" agentliyinə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Sivasspor"la oyunu öncəsi Türkiyə Böyük Birlik Partiyasının rəsmiləri ilə görüşü zamanı deyib.
O, Sivasda olduqca isti və mehriban qarşılandıqlarını söyləyib: "Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, gözəl oyun olacaq".
Qeyd edək ki, tədbirin sonunda "Qarabağ" klubuna bayraq və "Qurbani-Kərim" kitabı hədiyyə olunub.
Xatırladaq ki, bu gün keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.