bazar, 17 avqust 2025

BİZİM FUTBOL

 “Futbolda qalibiyyət də var…” – Qurban Qurbanov

06.11.2020 10:35 Oxundu 464

"Rəqibi təbrik edirəm. Çox istəkli idik, daha yaxşı oynaya bilərdik. Daha çox topa sahib olmaq istədik. Amma qarşımızda yaxşı müdafiə xətti var idi".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəqib sürətli hücuma çıxıb: "Sivasspor"un qələbəsi üçün sevinirəm, öz məğlubiyyətimizə görə isə üzülürəm. Futbolda qalibiyyət də var, məğlubiyyət də... Qrupdan çıxmaq bizim üçün çətinləşdi".