bazar, 17 avqust 2025

BİZİM FUTBOL

“Hər iki komanda qələbə qazanmaq istəyirdi” - Maksim Medvedev

06.11.2020 11:43 Oxundu 453

"Rəqib komandanı təbrik edirəm. Bizi yaxşı analiz etdilər. Əks-hücumlara yaxşı çıxdılar. Bizim bu yöndə bir az çatışmazlıqlarımız var idi. Komanda şəklində 3 xal üçün buraya gəlmişdik. Söyləyəcək çox bir şey yoxdur. Öz oyunumuzu oynaya bilmədik və uduzduq".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra Türkiyə mətbuatına açıqlamasında deyib.

O daha sonra bildirib: "Biz qardaş komandayıq. Bu futboldur. Biri qalib gələcək, digəri məğlub olacaq. Bu gün iki komanda da qələbə qazanmaq istəyirdi".