bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Milan”ın uğurlu seriyası sona çatdı

06.11.2020 14:19 Oxundu 491

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Lill”ə uduzan (0:3) "Milan"ın uğurlu seriyası qırılıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu mövsüm bütün turnirlərdə ilk məğlubiyyətini alan “rossonyerlər”in seriyası 24 oyunda dayanıb.

Axırıncı dəfə martın 8-də meydanı xalsız tərk edən "qırmızı-qaralar" son 24 ilin ən uzun seriyasına imza atıb.

Qeyd edək ki, “Milan” Avropa Liqasının H qrupunda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb