07.11.2020 16:46
469


“Barselona” 5 futbolçusunu satmağı planlaşdırır.
“CEMPİON.AZ” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman Martin Braytvayt, Karles Alenya, Usman Dembele, Junior Firpo və Samuel Umititini komandasının heyətində saxlamağı düşünmür.
Həmçinin Kataloniya klubu həmin oyunçuların satışından əldə etdiyi gəliri “Lion”dan Memfis Depayın və “Mançester Siti”dən Erik Qarsiyanın transferi üçün xərcləmək niyyətindədir.
Qeyd edək ki, bu mövsüm La Liqada 6 oyun keçirən “Barselona” turnir cədvəlində 8 xalla 12-ci pillədə qərarlaşıb.