bazar, 17 avqust 2025

BİZİM FUTBOL

"Komandanın beyni orta xətdir” – Yunis Hüseynov

07.11.2020 18:08 Oxundu 498

”Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycann Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

“CEMPİONAZ” xəbər verir ki, 55 yalı mütəxəssis vacib qələbə qazandıqlarını deyib:

- Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik. Bu günki oyunda bizə qələbə lazım idi. Ötən turda ağır məğlubiyyət almışdıq, uşaqları toparlamaq çox çətin idi. Bu gün birinci hissədə öz oyunumuzdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci hissədə özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik”.
- “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bu, bir qədər başadüşülən olmadı...

- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynamışdı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. “Qəbələ”nin oyununu təhlil etdikdən sonra bu qərara gəlmişdim.
- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?
- Sizinlə razıyam. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.