bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Siti” futbolçunun maaşını 3 dəfə artırdı

08.11.2020 14:27 Oxundu 444

"Mançester Siti" yarımmüdafiəçi Fil Fodenlə müqaviləni yeniləyəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə imzalanan müqaviləyə əsasən, 20 yaşlı futbolçu həftədə 25 min funt sterlinq alır. Klub yeni müqavilə ilə ingilis oyunçunun maaşını üç dəfə artırmağı planlaşdırır.

Britaniyanın 90min qəzeti isə Fodenlə 4 illik yeni müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, Foden bu mövsüm 10 matçda 3 qol və 2 qolun ötürməsini verib.