bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Napoli”nin təyyarəsində problem çıxdı

08.11.2020 14:43 Oxundu 458

 
“Napoli” təyyarənin sıradan çıxması səbəbindən A Seriyasının 7-ci turunda “Boloniya” ilə səfər matçına təyin olnan vaxtda yollana bilməyib.

“CEMPİON.AZ”  “Football-İtalia”ya istinadən xəbər verir ki, komanda ötən gün 21:00-da Kapodiçino hava limanından yola düşməli idi. Lakin Cennaro Qattuzzonun baş məşqçisi olduğu komanda hava limanına gəldikdən sonra təyyarədə problemlər olduğu üzə çıxıb.
Bu səbəbdən klub səfəri bazar gününə- bu günə keçirməyi qərara alıb.

Qeyd edək ki, bu gün keçiriləcək “Baloniya” – “Napoli” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.