bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Bekhem Ramosu komandasında görmək istəyir

08.11.2020 15:45 Oxundu 459

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramosun gələcəyi qeyri-müəyyən olaraq qalır.

 “CEMPİON.AZ” xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisinin hələ də yeni müqavilə imzalamaması bəzi klubları hərəkətə gətirib.
 
İspaniya millisinin üzvünü heyətinə qatmaq istəyənlər arasında ABŞ klubu “İnter Mayami” də var. MLS təmsilçisinin sahibi, eləcə də Ramosun sabiq komanda yoldaşı Devid Bekhem onunla danışığa başlayıb. Ulduz futbolçu “kral klubu” ilə yeni saziş bağlamasa, o zaman “İnter Mayami” onunla danışıqları intensivləşdirəcək.
 
Qeyd edək ki, müqavilə müddəti gələn ilin yayına qədər olan Serxio Ramos “Real” rəhbərliyindən yeni 4 illik anlaşma tələb edib.