

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.
"CEMPİON.AZ" xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib. “Neftçi” doğma meydanda “Qarabağ”a 0:6 hesabı ilə uduzub.
Günün digər qarşılaşmasında isə “Zirə” “Sabah”ın qonağı olub. Bu görüşdə də qonaqlar qalib gəlib - 1:0. Bu, "Sabah"ın ardıcıl 6-cı məğlubiyyəti olub.
Azərbaycan Premyer Liqası, 9-cu tur
8 noyabr
17:00. "Sabah" - "Zirə" - 0:1
Qol: Ağabala Ramazanov, 58
Qırmızı vərəqə: Mateus Albino, 90+1 ("Zirə")
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
“Bank Respublika Arena”
43-cü dəqiqədə "Sabah"ın hücumçusu Ramil Şeydayev penaltini dəqiq yerinə yetirə bilməyib.
15:00. "Neftçi" - "Qarabağ" - 0:6
Qollar: Filip Ozobiç, 20 (0:1), 29, pen. (0:2), Mahir Emreli, 39 (0:3), Abdullah Zubir, 50 (0:4), Filip Ozobiç, 52 (0:5), Musa Qurbanlı, 75 (0:6)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
“Bakcell Arena”
7 noyabr
“Səbail” – “Sumqayıt” 2:1
“Keşlə” – “Qəbələ” 3:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Sumqayıt | 9 | 4 | 3 | 2 | 12-9 | 15 |
2 | Qarabağ | 8 | 4 | 3 | 1 | 20-5 | 15 |
3 | Zirə | 9 | 4 | 3 | 2 | 9-8 | 15 |
4 | Neftçi | 9 | 4 | 2 | 3 | 7-12 | 14 |
5 | Keşlə | 9 | 3 | 3 | 3 | 10-12 | 12 |
6 | Səbail | 8 | 2 | 3 | 3 | 9-10 | 9 |
7 | Qəbələ | 9 | 1 | 5 | 3 | 7-14 | 8 |
8 | Sabah | 9 | 2 | 0 | 7 | 8-12 | 6 |
Bombardirlər:
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Namiq Ələsgərov ("Neftçi") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Mahir Emreli ("Qarabağ") - 4 qol
Ramil Şeydayev ("Sabah") - 3 qol
Ovusu Kvabena ("Qarabağ") - 3 qol
Silvio Rodriqes ("Keşlə") - 3 qol
Rauf Əliyev ("Səbail") - 3 qol