09.11.2020 12:05
455


“Valensiya”nın futbolçusu Karlos Soler İspaniya La Liqasının tarixinə düşüb.
“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi XXI əsrdə penaltilərlə het-trik edən ilk futbolçu olub.
Soler “Real”la qarşılaşmada üç dəfə 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, “yarasalar”ın 4:1 hesablı qələbəsində həlledici rol oynayıb.