
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 7-ci turunda "Verona" ilə heç-heçə etdikləri oyundan (2:2) sonra fikirlərini bildirib.
“CEMPİON.AZ” "Football İtalia"ya istinadən xəbər verir ki, sözügedən matçda 1 qol vuran və 1 penaltidən istifadə edə bilməyən 39 yaşlı hücumçu növbəti dəfə 11 metrlik cərimə zərbəsini yerinə yetirməyəcəyini deyib: “Açığı, əsəbiləşdim, çünki bu heç-heçə "Milan" üçün kifayət qədər yaxşı nəticə deyil. Bu qədər şansımız oldu, penaltidən qol vurmadım və düşünürəm ki, növbəti dəfə 11 metrlik nöqtəyə yaxınlaşmayacam. Məsələn, Kessyedə penalti daha yaxşı alınardı.
İsveçli oyunçu bildirib ki, hazlrda "Milan2 üçün əsas şey irəliyə getmək və özünəinamı itirməməkdir: "Cədvəldəki mövcud vəziyyəti nəzərə alaraq, hər oyunda qələbə qazanmaq istəyirik.
İndi çox matç var və yorulduğun zaman 100 fazir hazır olmursan. Xoşbəxtlikdən milli komandaların oyunları ilə əlaqədar bir fasilə var. Çünki həqiqətən istirahətə ehtiyacım var".
Qeyd edək ki, İbrahimoviç bu mövsüm 5 penaltidən 3-nü qaçırıb.