bazar, 17 avqust 2025

BİZİM FUTBOL

Millimizin oyununu bu hakimlər idarə edəcəklər

09.11.2020 13:46 Oxundu 450


Milimizin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, matçı Macarıstan Futbol Federasiyasından Ferents Karako idarə edəcək. Ona həmyerliləri Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə Devid Smayts (Sloveniya) yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.