bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo “Yuve”dən ayrıla bilər

09.11.2020 14:05 Oxundu 474


 "Yuventus" futbolçusu Kriştiano Ronaldonu satmaq istəyir.

“CEMPİON.AZ” xəbər verir ki , bu barədə sport.es saytı yazıb. Bildirilib ki, klub 35 yaşlı  hücumçu ilə müqaviləni yeniləmək fikrində deyil və onu sözləşmənin bitməsindən bir il əvvəl - gələn yay satışa çıxarmağı planlaşdırır. Xəbərdə Turin təmsilçisinin koronavirus pandemiyası səbəbindən portuqaliyalı oyunçuya illik 31 milyon avro maaş ödəməkdə çətinlik çəkdiyi vurğulayıb.

"Yuventus"un 2018-ci  Ronaldonun transferi üçün "Real"a ödədiyi 100 milyon avronun bir hissəsini onu sataraq geri almağa çalışacağı iddia olunur.

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 4 matçda 6 qol vurub, 1 qolun ötürməsii verib. Hücumçunun "Yuventus" la müqaviləsi 2022-ci ilin yayında başa çatır. Transfermarkt, Portuqaliya millisinin üzvünün dəyərini 60 milyon avro olaraq qiymətləndirir.