cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

“Bavariya” ilin sonuna qədər bu futbolçunu itirdi

09.11.2020 15:13 Oxundu 542

“Bavariya” ciddi itkiylə üzləşib.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisinin zədəli müdafiəçisi Yozua Kimmix əməliyyat olunub. 25 yaşlı futbolçu ən tez yanvarda yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Kimmix Bundesliqanın 7-ci turunda  “Borussiya” (Dortmund) ilə səfər matçında (3:2) zədələnmişdi.