09.11.2020 16:51
437


“Yuventus”un futbolçusu Paulo Dibala Argentina millisinin bu ay keçiriləcək oyunlarında iştirak etməyəcək.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dibalanın sidik-cinsiyyət sistemi ilə bağlı problem yaşadığı və buna görə millinin düşərgəsinə qoşulmayacağı bildirilib. 26 yaşlı yarımmüdafiəçiyə istirahət verilib.
Qeyd edək ki, Argentina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Paraqvay və 18-də Peru ilə qarşılaşacaq.