bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Tottenhem” Beyli transfer edir

10.11.2020 11:57 Oxundu 449

"Tottenhem" "Real"dan icarəyə götürdüyü Qaret Beyli birdəfəlik almaq istəyir.

“CEMPİON.AZ” "Caciomercato"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi uelsli hücumçunun oyunundan məmnundur. Klubun 31 yaşlı oyunçu üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, "Tottenhem" Beyli bu mövsümün sonuna kimi icarəyə götürüb. Onun "Real"la müqaviləsi 2022-ci ilin yayı başa çatır.