bazar, 17 avqust 2025

BİZİM FUTBOL

Millimiz yoxlama görüşü keçirəcək

10.11.2020 12:47 Oxundu 448

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, yığmamız Sloveniya ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
Bu, komandamızın tarixində noyabrın 11-də keçirilən 3-cü qarşılaşması olacaq. Əvvəlki iki matçdakı kimi milli yenə səfərdə oynayacaq.
11-ci ayın 11-ci günündə meydana çıxan “11-liy”imiz əsrin 11-ci ilində Albaniyanın qonağı olub. Komandamız səfərdəki yoxlama oyununda 1:0 hesablı qələbə qazanıb.

4 il öncə isə yığma 4 cavabsız qol buraxıb. Bu, DÇ-2018-in seçmə matçında gerçəkləşib. Şimali İrlandiya Belfastda darmadağına sevinib.

Yoldaşlıq oyunu
11 noyabr 2011. Tirana. Albaniya – Azərbaycan – 0:1

DÇ-2018-in seçmə oyunu
11 noyabr 2016. Belfast. Şimali İrlandiya – Azərbaycan – 4:0